“Təqdimatda gələcək avtomobilin 1:5 miqyaslı modeli göstərilib. Ehtimal edilir ki, uçan texnika iki yerlik olacaq. Onun korpusunda qapılar əvəzinə şəffaf qatlanan kabin qapağı var”, - nəşr yazır.
Həmçinin qeyd edilib ki, əgər maşın havada olarkən hansısa fövqəladə hadisə baş versə, "İF-9" kabinəsi piropatronların işə düşməsi ilə ayrıca kapsul kimi kənara atııacaq. Bu qırıcılardakı katapulta bənzəyir. Kapsulun havaya atılmasından sonra oturacaqlarda olan hər iki sərnişin paraşütlə yerə enəcəklər.
Tural Tağıyev
AzVision.az