Bu gün səhər “Yasamal” Yaşayış Kompleksinin (MİDA) bir neçə sakini burada yerləşən 9 saylı müntəzəm marşrut xəttinin sonuncu dayanacağındakı dispetçer məntəqəsinə yaxınlaşaraq sürücülərə tort hədiyyə ediblər.
News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə “Xaliq Faiqoğlu” şirkətinin əməkdaşı sosial şəbəkədə bildirib.
O qeyd edib ki, sərnişinlər göstərilən xidmətə görə təşəkkür ediblər və onların bu addımı çox xoş qarşılanıb.
Qeyd edək ki, 9 saylı müntəzəm marşrut xətti (MİDA – “İnşaatçılar” mt/s – “20 Yanvar” mt/s – “Memar Əcəmi” mt/s – Ayna Sultanova heykəli – “Nəriman Nərimanov” mt/s) 2022-ci ildən fəaliyyət göstərir. Xətt üzrə 12 avtobus 10 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir