AZ

İtaliyada turizm müəssisələrinə saxta rəy yazmaq qadağan edilir

İtaliyada otel, restora və turistik yerlərə onlayn rəy yazmaq istəyən şəxslərdən şəxsiyyət vəsiqəsi və sözügedən yerə səfər etdiklərini sübut etmələri tələb olunacaq.

E-huquq.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə İtaliya hökuməti yeni qərar qəbul edib.

Qərarın alınmasında əsas məqsəd ölkənin otelləri, restoranları və digər turistik yerləri barəsində yalnış və zərərli məzmunda rəylər yazanlarla mübarizə aparmaqdır.

Qanun layihəsinə əsasən, onlayn rəy göndərmək istəyən hər kəsdən şəxsiyyət vəsiqəsi və sözügedən yerə səfər etdiyini sübut edən sənəd tələb olunacaq.

Şərhlər səfərdən sonra 15 gün ərzində dərc edilməli və təfərrüatlı olmalıdır.

Bundan əlavə, müəssisələr köhnə rəylərin artıq uyğun olmadığı təqdirdə silinməsini tələb edə biləcəklər.

Qeyd edək ki, İtaliyanın Müəssisələr Nazirliyi saxta və ya manipulyasiya edilmiş rəylərin turizm sektorundakı müəssisələrin gəlirlərinə mənfi təsir etdiyini açıqlayıb.

Şəbnəm Mehdizadə
Seçilən
7
e-huquq.az

1Mənbələr