AZ

Sumqayıtda boks məşqçisinə ağır xəsarətlər yetirildi

Sumqayıtda boks üzrə məşqçi Ramil Məmmədzadə fiziki hücuma məruza qalıb. 

Bu barədə Fanat.Az-a məşqçinin özü bildirib. 

Onun sözlərinə görə, hadisə yanvarın 6-da baş verib. Əvvəldən tanıdığı şəxslərdən biri qəfildən onun üz nahiyəsinə zərbələr endirib. Nəticədə məşqçinin çənə sümüyü bir neçə yerdən sınıb. Ramil Məmmədzadə dərhal xəstəxanaya çatdırılıb. Məşqçinin çənəsi əməliyyat edilib. 

İdmançı hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə müraciət edib. Polis dərhal hərəkətə keçərək hadisəni törədən şəxsi saxlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə cinayət işi başlanıb. 

Ramil Məmmədzadə eyni zamanda Azərbaycan Vətənpərvərləri İctimai Birliyinin Sumqayıt təşkilatının sədridir. Onun atası Rafel Məmmədov Birinci Qarabağ savaşında şəhid olub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.

Mirağa

Seçilən
6
fanat.az

1Mənbələr