AZ

Mahir Emreli növbəti oyuna ehtiyatda başlayacaq

Almaniyanın “Nürnberq” klubunda çıxış edən Mahir Emreli II Bundesliqanın XVIII turunda “Karlsrue” ilə oyuna ehtiyat oyunçular skamyasında başlayacaq.

Msport.az xəbər verir ki, bu barədə ölkənin məşhur “Bild” nəşri məlumat yayıb.

Hücumçu ilə baş məşqçisi Miroslav Kloze arasında fikir ayrılığının yarandığı bildirib. Bunun forvardın oyunu ilə əlaqədar olduğu vurğulanıb: “İnqolştadt”a qarşı yoxlama matçında rəqib üçüncü liqa təmsilçisi olsa da, Kloze Emreliyə xüsusi nəzarət edib. Top rəqibdə olarkən Emrelinin oyunu baş məşqçini həmişə razı salmırdı”.

Emrelinin qol vurmasına baxmayaraq, Klozenin bir neçə dəfə uca səslə azərbaycanlı oyunçudan daha fəal olmağı və rəqiblərin üzərinə daha intensiv hücum etməyi istədiyi yazılıb.

“Beləliklə, texniki cəhətdən güclü, lakin bir qədər özünəməxsus hücumçu Klozenin etimadını tam qazanmaq üçün mübarizəni davam etdirməli olacaq”

Qeyd edək ki, yanvarın 19-da gerçəkləşəcək “Nürnberq” – “Karlsrue” qarşılaşması Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Seçilən
4
msport.az

1Mənbələr