Hacıqabulda istirahət mərkəzində yanğın olub.
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayonunun Pirsaat qəsəbəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 300 m² olan anbarın qamışdan ibarət tavanı, dam örtüyünün taxta atmaları və içərisində olan əşyalar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.