2024-cü ildə Azərbaycanda 126,3 milyard manatlıq (74,3 milyard dollar) ümumi daxili məhsul (ÜDM) istehsal edilib. İstehsal edilən ÜDM-nin həcmi real qiymətlərlə əvvəlki illə müqayisədə 4,1 faiz çox artıb.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə həm neft-qaz sektorunda, həm də qeyri neft-qaz sektorunda iqtisadi artıma nail olunub.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 6,2 faiz artıb. ÜDM istehsalının 35,9 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi tikinti, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM isə 12382,5 manata (7 283 dollar) bərabər olub.
Vasif
Sfera.az