AZ

Çimnaz Sultanova səhv əməliyyat olunubmuş - İddia

Ötən gün vəfat edən aktrisa Çimnaz Sultanova Bakı Sağlamlıq Mərkəzində bağırsağından səhv əməliyyat edilib.

Gundem.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu aktrisanın qohumu iddia edib.

"Daha sonra "Zəfəran Hospital"a yerləşdirilib. Yenidən əməliyyat edilən zaman bağrısağı partlayıb və komaya düşüb. Onun 30 min manat xərci çıxıb", - deyə qohumu bildirib.

Qeyd edək ki, aktrisa Ç.Sultanova 15 yanvar 1982-ci ildə Bakıda anadan olub. “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb. O, yanvarın 15-də bağırsaq xərçəngindən vəfat edib.

Seçilən
8
7
gundem.az

10Mənbələr