AZ

Qəzza razılaşması pozuldu: İsrail "HƏMAS"ı günahlandırır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Fələstinin "HƏMAS" hərəkatını Qəzza üzrə razılaşmanı pozmaqda və son anda güzəşt əldə etməyə çalışaraq vasitəçilərlə razılaşdırılmış bir neçə bənddən imtina etməkdə günahlandırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail hökuməti başçısının ofisinin mətbuat xidmətindən məlumat verilib.
"HƏMAS" son anda böhran yaradır və bununla da razılaşmanın əldə olunmasına mane olur", - deyə məlumatda qeyd olunub.
Netanyahunun ofisi həmçinin vurğulayıb ki, vasitəçilər "HƏMAS"ın razılaşmanın bütün bəndlərini təsdiqlədiyi barədə məlumat verənə qədər İsrail sazişi təsdiqləmək üçün hərbi-siyasi kabineti və hökumətin iclasını çağırmayacaq.
Seçilən
3
oxu.az

1Mənbələr