“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 2024-cü illə əlaqədar metrostansiyalarda baş verən hadisələrin statistikasını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, statistikada metro stansiyalarında baş verən qanunsuz əməllər, eləcə də ehtiyatsızlıq ucbatından baş verən sərnişinvurma hadisələri də yer alıb.
Belə ki, ötən il 33 sərnişin əşyasını götürmək üçün stansiya yoluna düşüb, 2 nəfər ehtiyatsızlıq səbəbindən yıxılaraq təhlükəli vəziyyət yaradıb. Qatar stansiyaya daxil olarkən 3 nəfər stansiya yoluna düşüb: 2 nəfər həyatını itirib, 1 nəfər ağır xəsarət alıb.
19 nəfər stansiya yoluna məhz əşya atdığı üçün cərimələnib. Ümumilikdə 374 nəfərə İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati protokol tərtib olunub.
“Metropolitan”dən vətəndaşlara əşyaları təsadüfən stansiya yoluna düşərsə, özlərinin reyslərə düşüb götürməyə çalışmamağı, dərhal stansiya işçisinə məlumat verməyi tövsiyə edib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, dəmir yoluna hər hansı əşya atmağa görə 200 AZN, özbaşına dəmir yoluna düşməyə görə isə 50 AZN cərimə tətbiq olunur.
Səfər