Türkiyədə saxta içkidən ölənlərin sayı artıb.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, İstanbulda saxta spirtli içki səbəbindən xəstəxanalara müraciət edən 83 nəfərdən 30-u dünyasını dəyişib.
Bildirilib ki, müalicəsi başa çatan 4 nəfər evə buraxılıb. 31 nəfərin müalicəsi reanimasiyada davam etdirilir.
Mina Mikayılova