Azərbaycan Yüksək Liqasında növbəti turun proqramı bəlli olub.
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun proqramı bəlli olub.
"Operativ Media" xəbər verir ki, 6-cı turun oyunları yanvarın 17-də və 18-də keçiriləcək.
İlk gündə, saat 16:00-da MOİK – “Murov Az Terminal”, 18:00-da “Azərreyl” – “Neftçi” maçları baş tutacaq. Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq.
Yanvarın 18-də, saat 18:00-da isə “Xilasedici” və “Gənclər” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında gerçəkləşəcək.