Manset.az Report.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl deyib. Funksioner bu məsələlərdə son qərarı baş məşqçi Qurban Qurbanovun verdiyini bildirib:
"Yalnız transfer dönəmində yox, həmişə işləyən skaut komandamız var. "Flamenqo"ya keçən Olavio Juninyonu da onlar tapıb gətirmişdilər. İşlər gedir. Tələb olsa, Qurban müəllimin istədiyi oyunçuları almağa çalışacağıq. Biz heç vaxt transfer etmək xatirinə futbolçu almırıq".