AZ

Rəqəmsal İnkişaf Konsepsiyasının icrası ilə hansı göstəricilər hədəflənir?

Bakı. Trend:

“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nınicrası ilə hədəflənən göstəricilər açıqlanıb.

Trend xəbər verir ki, bu, Prezident İlhamƏliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında Rəqəmsalİnkişaf Konsepsiyası”nda əksini tapıb.

Konsepsiyanın icrası nəticəsində aşağıda qeyd olunan hədəflərənail olunması nəzərdə tutulur:

1. Rəqəmsal iqtisadiyyatın inkişafı
- Qeyri-neft/qaz sektorunda rəqəmsal iqtisadiyyatın xüsusiçəkisinin artırılması
- İKT sektorunun ümumi daxili məhsuldakı payının yüksəldilməsi.

2. Texnologiya tətbiqləriningenişləndirilməsi
- Bulud əsaslı həllərin tətbiqi
- Rəqəmsal məhsul və xidmətlərinin əhatə dairəsiningenişləndirilməsi.

3. Rəqəmsallaşdırma proseslərininoptimallaşdırılması
- Rəqəmsallaşdırmanın vahid arxitektura əsasında həyatakeçirilməsi
- Məlumatların idarə olunmasında müasir arxitektura yanaşmalarınıntətbiqi
- Dövlət xidmətlərinin sadələşdirilməsi və optimallaşdırılması.

4. İstifadəçiyönümlü rəqəmsal xidmətlər
- Pilot layihələr (regulatory sandbox) əsasında rəqəmsalxidmətlərin təşkili
“Bir pəncərə” prinsipi ilə vətəndaşlara təqdim olunan rəqəmsaldövlət xidmətlərinin genişləndirilməsi.

5. İnsan resurslarının inkişafı
- Rəqəmsal savadlılığın artırılması
Əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı və mövcudkadr potensialının təkmilləşdirilməsi.

6. Dövlət-vətəndaş əlaqələrininyaxşılaşdırılması
- Dövlət və özəl sektor arasında əməkdaşlıq üçün münbit şəraityaradılması
- Vətəndaşlardan tələb olunan sənədlərin sayının azaldılması
- Dövlət xidmətlərinin keyfiyyətindən məmnunluğun və dövlətə inamınartırılması.

Qeyd edilib ki, yuxarıda göstərilən istiqamətlərrəqəmsallaşdırma sahəsində müasir çağırışlara cavab verməkləyanaşı, ölkənin rəqəmsal inkişafını sürətləndirmək məqsədidaşıyır.

Seçilən
8
1
az.trend.az

2Mənbələr