AZ

Ukrayna danışıqlarında Rusiyanın tələbləri AÇIQLANDI

Rusiya ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla gözlənilən danışıqlarda “Ukraynanın 20%-i” üzərində nəzarəti saxlamağı tələb edə bilər.   Manset.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Agentlik həmçinin qeyd edir ki, Moskva Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsində israrlıdır. "Rusiyanın şərtlərinə Ukrayna ərazisinin demək olar ki, 20%-nə faktiki nəzarəti saxlamaq daxildir", - Nəşr yazıb.

Agentlik iddia edir ki, Moskva NATO silahlarının Rusiyaya qarşı istifadəsinə qarşıdır. Eyni zamanda, Şimali Atlantika Alyansının ayrı-ayrı üzvləri ikitərəfli razılaşmalar çərçivəsində Ukraynaya silah tədarükünün təşkilini davam etdirə bilərlər.

Seçilən
7
manset.az

1Mənbələr