Aktual.az xəbər verir ki, bu barədə İran parlamentinin sözçüsü Abbas Qudərzi məlumat yayıb.
Onun sözlərinə görə, impiçment tələbi parlamentin Rəyasət Heyətinə göndərilib və bu istiqamətdə araşdırma aparılır.
Həmədandan olan azərbaycanlı iqtisadiyyat naziri Əbdülnasir Himmətinin impiçmenti ilə bağlı təşəbbbüsçülər isə Təbrizin İran parlamentindəki nümayəndələri Ruhullah Mütəfəkkir Azad və Əli Cəfəri Azərdir.
Qeyd edək ki, adı çəkilən şəxslər mühafizəkar siyasi qanada mənsubdurlar və prezident seçkisi dövründə Məsud Pezeşkianın rəqibi Səid Cəlilini dəstəklədiklərinə görə təbrizlilərin etirazları ilə qarşılaşıblar.
Ruhullah Mütəfəkkir Azad Azərbaycana qarşı çıxışları ilə də seçilir.