AZ

Ermənistanın Həqiqət və Ədalət Mərkəzi Bakıdan bunu xahiş etdi

Ermənistanın Həqiqət və Ədalət Mərkəzi Azərbaycan hökumətinə müraciət ünvanlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Həqiqət və Ədalət Mərkəzinin prezidenti Qor Mnatsakanyan bildirib ki, mərkəz bir qrup beynəlxalq hüquqşünasın yanvarın 17-də başlayacaq erməni məhbusların məhkəmə proseslərində iştirak etmələri üçün Bakıya getməsinə icazə verməsini xahiş edib. 

Azərbaycandan viza gözləyən beynəlxalq müşahidəçilər arasında Instituto Espacio para la Memoria və Atlantida Universitetinin İnsan Hüquqları Araşdırma İnstitutunun direktoru Ana Maria Carreaga, hüquqşünas, Argentina Vəkillər Kollegiyasının prezidenti, professor Klaudia Viviana Roka, Argentina Milli Universitetinin Plaza de Mayo və Moreno Milli Universitetinin professoru, hüquqşünas, insan hüquqları və beynəlxalq cinayət hüququ sahəsində ekspert, Buenos-Ayres, Ali Cinayət Məhkəməsinin keçmiş müxbiri, hüquq professoru İren Viktoriya Massimino və baş məsləhətçi, beynəlxalq cinayət hüquqşünası Avi Sinq var. 

Ağarza Elçinoğlu

Seçilən
1
50
unikal.az

10Mənbələr