AZ

Cənubi Koreya və ABŞ arasında birgə təlim baş tutub

Cənubi Koreya və ABŞ birgə əks atəş təlimi keçirib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bu addımın atılmasında səbəb Şimali Koreyanın bölgədəki eskalasiya fəaliyyətlərinin qarşısını almaq olub.

Şimali Koreyanın Seul ərazisini hədəf alan artilleriya atəşlərini dəf etmək məqsədi daşıyan təlimdə təxminən 250 Cənubi Koreya və ABŞ əsgəri iştirak edib.

Təlim zamanı əsgərlər müşahidə texnikaları və ağır silahların kompleks istifadəsi üzrə təlim keçib.

Əli Hüseynov

Seçilən
1
bakivaxti.az

1Mənbələr