AZ

Ermənistanda doğum azalıb, ölüm və boşanma artıb - STATİSTİKA

Ermənistanda doğum səviyyəsi azalmaqda davam edir, ölüm və boşanma halları isə artmaqdadır.

Modern.az xəbər verir ki, Ermənistan Respublikasının Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Ermənistanda 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2598 az uşaq doğulub.

2024-cü ilin yanvar-noyabr aylarında doğulanların sayı 2023-cü ildəki 33 514 nəfərlə müqayisədə 30 916 nəfər təşkil edib.

Bu arada, 2024-cü ilin ilk 11 ayında ölənlərin sayı 1199 nəfər artaraq 23391 nəfərə çatıb.

Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk 11 ayında nikahların sayı 2023-cü illə müqayisədə 815 nəfər azalaraq 2024-cü ildə 14 315 nəfər təşkil edib.

2024-cü ilin yanvar-noyabr ayları arasında boşanmaların sayı 114 artaraq 4279-a çatıb.

Seçilən
2
1
modern.az

10Mənbələr