“Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya ilə keçirdiyimiz görüşdə ölkələrimizin iqtisadi münasibətlərinin gücləndirilməsi istiqamətində faydalı müzakirələr apardıq”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşımında bildirib ki, görüş çərçivəsində "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında" Anlaşma Memorandumu imzalanıb.
“Sənədin icrası Azərbaycan və Latviyanın vergi orqanları arasında səmərəli tərəfdaşlığın və məlumat mübadiləsinin təşkilinə təkan verəcək”, - nazir əlavə edib.