AZ

Türkiyə MMN: Suriyadakı terrorçular türk ordusunun qanuni hədəfidir

Türkiyə ordusunun həyata keçirdiyi antiterror əməliyyatları çərçivəsində təkcə son bir həftədə 62 yaraqlı zərərsizləşdirilib.

Bu barədə AZƏRTAC-a Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Ümumilikdə, ötən ilin əvvəlindən Türkiyə hərbçiləri ölkə daxilində və xaricdə 3226 terrorçunu zərərsizləşdirib. Onların əksəriyyəti Suriya və İraq ərazilərində məhv edilib.

Milli Müdafiə Nazirliyi regionda, o cümlədən qonşu Suriyada uzunmüddətli təhlükəsizlik və sabitliyin təmin edilməsinə bundan sonra da töhfə verməyə hazır olduğuna əmindir.

Məlumatda Suriyanın bütövlüyü və birliyini təhdid edən terror təşkilatlarına qarşı mübarizə əzmi vurğulanıb. “İŞİD və PKK terrorçuları Türkiyə ordusunun qanuni hədəfi olub və olmaqda davam edir”, -deyə Ankara əmin edib.

Milli Müdafiə Nazirliyi onu da bildirib ki, Türkiyə Suriya Milli Ordusu ilə PKK terrorçuları arasında döyüşlərin davam etdiyi Tişrin bəndi ərazisindəki vəziyyəti diqqətlə izləyir.

“Terrorçular silahsız sakinlərdən “insan qalxanı” kimi istifadə edərək, mülki şəxsləri zorla döyüş bölgələrinə gətirirlər. Eyni zamanda, Suriya Milli Ordusuna qarşı dezinformasiya kampaniyası aparılır”, - deyə nazirlik qeyd edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
3
5
xalqqazeti.az

6Mənbələr