AZ

“Anglo Asian Mining"in qızıl hasilatı 30%-dən çox azalıb

öyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən şirkəti “Anglo Asian Mining PLC” şirkəti 2024-cü il üzrə göstəricilərini açıqlayıb.

Şirkət 2024-cü ildə 16 760 qızıl unsiya ekvivalentində (GEOs) qiymətli metal hasil edib. Bu da əvvəlki ilə nisbətən 47,3% azdır. 2023-cü ildə bu rəqəm 31 821 unsiya təşkil edib.

"Anglo Asian" 2024-cü ildə 15 073 unsiya qızıl hasil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 31% azdır (2023-cü ildə 21 758 unsiya qızıl).

Şirkətin mis hasilatı son bir ildə 2138 tondan 377 tona düşüb. Gümüş hasilatı isə 2023-cü ildəki ilk yarısındakı 53 226 unsiyadan bu ilin birinci rübündə 28 258 unsiyaya qədər azalıb.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.

© APA

Seçilən
14
2
marja.az

3Mənbələr