AZ

Çin KXDR-in Rusiya tərəfində döyüşməsinə qarşı deyil - "Foreign Policy"

Bu fikirlər Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin Hindistan-Sakit Okean Təhlükəsizlik Proqramının baş əməkdaşı və direktor müavini Ceykob Stoksun "Foreign Policy"də dərc etdiyiməqalədəndir.

Ukrayna Kurskda Şimali Koreya hərbçilərini əsir götürüb
Mütəxəssislər rəsmi Pxenyanın müharibədə Rusiya tərəfində iştirak etməsini Pekin üçün potensial reputasiya itkiləri, Koreya yarımadasındakı sabitliyin pozulması riski yaratdığını iddia edirlər. Bu həm də Çinin arxasından Rusiya-Şimali Koreya koalisiyasının güclənməsi deməkdir ki, belə olan halda Pekin üçün müəyyən ciddi problemlər yarana bilər.

Lakin müəllif əslində məlum fərziyyələrin reallığa uyğun gəlmədiyini qeyd edilib. Ekspert yazıb ki, Çin nəinki Pxenyanın Moskva ilə əməkdaşlığına qarşı çıxmayacaq, həm də bu məsələdə öz maraqları üçün müəyyən üstünlüklər görəcək.

Qeyd edək ki, KXDR hərbçilərinin Rusiya qoşunları ilə birgə döyüşlərə qatılması haqqında xəbərötən ildən yayılır. Bir neçə gün öncə isə iki əsgərinəsir düşməsibu məlumatların doğruluğunu təsdiqləmiş oldu. Bundan əvvəl Ağ Ev KXDR hərbçilərinin Kurskda itkilərini şərh edib. Ağ Evin müşaviri Con Kirbi bildirib ki, Rusiya bu döyüşçüləri daha çox meyit torbaları ilə təmin etməlidir. Çünki itkilər get-gedə artacaq.
Tural Tağıyev
AzVision.az

Seçilən
0
3
azvision.az

5Mənbələr