AZ

İstanbulda spirtli içkidən zəhərlənənlərin sayı 30 nəfərə çatıb

İstanbulda saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 30 nəfərə çatıb.

 "Anadolu”nun məlumatına görə, İstanbul xəstəxanalarına metanol zəhərlənməsi əlamətlərilə ümumilikdə 83 nəfər müraciət edib.

Onlardan 4-ü müalicədən sonra evə buraxılıb, 31 nəfər reanimasiyadadır, 18 nəfər isə adi şöbələrdə müalicə olunur.

Daha əvvəl xəstəxanaya yerləşdirilmiş 66 nəfərdən 23-nün öldüyü barədə məlumat verilmişdi.

Xatırladaq ki, İstanbulda saxta spirtli içkidən kütləvi zəhərlənmə yanvarın 14-də məlum olub. Onlarla insan metanol zəhərlənməsinin kəskin əlamətləri ilə şəhərin müxtəlif yerlərində xəstəxanalara müraciət edib. Hüquq-mühafizə orqanlarında açılan cinayət işləri çərçivəsində saxlanılanlar var.

www.anews.az
Seçilən
1
2
anews.az

3Mənbələr