Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov HƏMAS rəhbərliyi ilə telefon danışığı aparıb.
Rusiya XİN-i xəbər verir ki, Boqdanov HƏMAS-ın Siyasi Bürosunun sədri Xaled Maşaal və sədr müavini Musa Abu-Marzukla telefon danışığı zamanı Rusiya vətəndaşı Aleksandr Trufanovun azadlığa buraxılmasını xahiş edib.
Rəsmi Moskva xahişi İsrail və HƏMAS arasında girovların mübadiləsinə dair sazişin bağlanmasından sonra edib.
Rusiya XİN-in telefon danışığı ilə bağlı bəyanatında bildirilib ki, Moskva həmçinin Rusiya Federasiyasının daha əvvəl HƏMAS rəhbərliyinə təqdim etdiyi humanitar xarakterli digər müraciətlərinin də nəzərə alınacağına ümid edir.
“Cebheinfo.az”