AZ

Neyzmakovdan XƏBƏRDARLIQ: “Trampın siyasəti Paşinyanın sonunu gətirə bilər” – ÖZƏL

“ABŞ ilə Ermənistan arasında Strateji Tərəfdaşlıq Xartiyası ümumilikdə çərçivə xarakteri daşıyır. Yəni, Bakı-Vaşinqton münasibətlərinə təsir edən amil, bu sənədin özü deyil. Narahatlıq doğuran məqam ABŞ-ın Ermənistanla müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün sərmayə qoymağa hazır olduğu konkret resursların həcmi ola bilər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyzmakov deyib.

“ABŞ-ın Bakı ilə dialoq qurması vacibdir”

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-a səfəri və burada dövlət katibi Entoni Blinkenlə görüşü çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalanmasını şərh edən M.Neyzmakov, Trampın hakimiyyəti dövründə Bakı ilə əməkdaşlığa üstünlük veriləcəyini qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır? – Mixail Neyzmakovdan ÖZƏL AÇIQLAMA


“Bir tərəfdən, Donald Trampın gələcək administrasiyası üçün Ermənistanla əlaqələri inkişaf etdirmək motivi, İran üzərində təzyiqi artırmaq kursu ilə bağlıdır. Lakin bu kontekstdə ABŞ-ın Bakı ilə də fəal dialoq qurması vacibdir. Onu da qeyd edək ki, rəsmi Tehran Trampın andiçmə mərasimindən əvvəl həm Bakı, həm də İrəvanla əlaqələri davam etdirməyə diqqət yetirdiyini bildirib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Akbar Əhmədiyanının hər iki paytaxta səfər edib. Digər tərəfdən, Donald Tramp hazırda xarici siyasət və təhlükəsizlik sahəsində bir neçə prioritet istiqamət müəyyənləşdirir”, - deyə politoloq bildirib.

Paşinyanın sonu yaxınlaşır?

Politoloq əlavə edib ki, Tramp Cənubi Qafqazla bağlı xərcləri azaldacağı təqdirdə, bu, Paşinyanın hüzünlü sonu ola bilər:

“Əgər Tramp dövründə Vaşinqton, Cənubi Qafqazla əlaqələrə ayrılan resursları azaldarsa, bu, mövcud şəraitdə Nikol Paşinyan üçün böyük çağırışlar yarada bilər. Çünki onun üçün Bakı ilə gərgin münasibətlər və Moskva ilə çətin əlaqələr şəraitində Qərb dövlətlərinin hər hansı bir dəstəyi vacibdir. Hazırda Tramp administrasiyasının ilk addımlarını gözləmək lazımdır ki, Vaşinqtonun Cənubi Qafqazla bağlı hansı xətti seçəcəyini anlamaq mümkün olsun”, - deyə M.Neyzmakov əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

Seçilən
2
bizim.media

1Mənbələr