İsrailin ifrat sağçı maliyyə naziri Besalel Smotriç HƏMAS ilə əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasına görə hökuməti devirməklə hədələyib.
Paralel.az xəbər verir ki, bu barədə Dini Sionizm Partiyasının lideri olan qurum rəhbəri X (tvitter) sosial media hesabında atəşkəs razılaşması ilə bağlı paylaşım edib.
"Hökumətə təqdim ediləcək razılaşma İsrail dövlətinin milli təhlükəsizliyi üçün pis və təhlükəli bir razılaşmadır", - o qeyd edib.
Razılaşmanın əsirlərin geri qaytarılmasına icazə verilməsi baxımından böyük sevinc yaradacağını, eyni zamanda İsrail üçün böyük itkilərə səbəb olacağını qeyd edən Smotriç əlavə edib ki, onlar bütün gücü ilə buna qarşıdırlar.
HƏMAS-la atəşkəs rejiminin əldə olunmasına qarşı çıxan Smotriç bildirib ki, Netanyahu dini sionizmin tələblərinin nə olduğunu çox yaxşı bilir və top artıq onun meydançasındadır.
O, hətta hökuməti devirməklə bağlı Netanyahuya xəbərdarlıq edib.
Mürtəza
Paralel.az