İstanbul, 16 yanvar, Günel Karatepe, AZƏRTAC
İstanbulda saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 30-a çatıb.
AZƏRTAC xəbər verir ki, son bir neçə gündə İstanbulun müxtəlif xəstəxanalarına saxta spirtli içkidən zəhərlənmə şübhəsi ilə 83 nəfər müraciət edib. Onlardan 30-u ölüb, 31 nəfərin müalicəsi isə reanimasiya şöbəsində davam etdirilir.
Onların kimyəvi maddələrin istehsalında istifadə edilən metanol maddəsindən zəhərləndikləri ehtimal olunur.