ABŞ Xəzinədarlığı Rusiyanın maliyyə, müdafiə və enerji sektorlarında fəaliyyət göstərən 100-ə yaxın quruma qarşı ikinci dərəcəli sanksiyaları bərpa edib. Məlumatı “Anadolu” verib.
Məlumata görə, həssas mallar üçün transsərhəd ödənişlərin sadələşdirilməsi məqsədilə Rusiya və Çin subyektləri arasında yaradılmış sanksiyalardan yayınma sxeminə qarşı mübarizə çərçivəsində Rusiya Federasiyasından 6 təşkilat və bir şəxs, Çindən isə 9 təşkilat sanksiya siyahısına daxil edilib.
Məhdudiyyətlər Qırğızıstanda yerləşən “Keremet Bank” maliyyə institutuna da təsir edib, o, Rusiya hakimiyyəti və ABŞ-ın sanksiyaya məruz qalan bankı ilə sanksiyalardan yayınma sxemini həyata keçirməkdə koordinasiya etməkdə ittiham olunur.
Qeyd edilib ki, Rusiya Federasiyasının maliyyə, müdafiə və enerji sektorlarında əməliyyatların asanlaşdırılması əsasında artıq sanksiyaya məruz qalan 100-ə yaxın təşkilat yenidən sanksiyaya məruz qalıb. Və ABŞ Dövlət Departamenti Rusiyanın müxtəlif müdafiə sənayesi şirkətləri və hərbi sənaye bazasını dəstəkləyənlər də daxil olmaqla 150-dən çox təşkilat və şəxsə qarşı sanksiyalar tətbiq edib.
P.ƏMİRCANOV
XQ