AZ

Bolqarıstan hökumətinə Rosen Jelyazkov başçılıq edəcək

Bolqarıstan parlamentinin deputatları bu gün "Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda - Demokratik Qüvvələr Birliyi" koalisiyasının nümayəndəsi Rosen Jelyazkovu hökumət başçısı vəzifəsinə təsdiq ediblər.

Bu barədə “Report” Bolqarıstan mətbuatına istinadən xəbər verir.

Jelyazkovun namizədliyini 239 deputat dəstəkləyib, 114 nəfər əleyhinə səs verib, bitərəf qalan olmayıb.

Bolqarıstan Prezidenti Rumen Radev ötən gün Jelyazkova Nazirlər Kabinetinin formalaşdırılması üçün mandat təqdim edib.

Jelyazkov isə öz növbəsində, hökumətin yeni tərkibinə daxil edilməsini məsləhət gördüyü şəxslərin adları olan qovluğu prezidentə təqdim edib.

“Cebheinfo.az”

Seçilən
0
3
cebheinfo.az

4Mənbələr