İspaniyada qripə yoluxanların sayının artması səbəbindən xəstəxanalarda sıxlıq yaranıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi 17 muxtar rayonun 12-də qrip epidemiyası səbəbindən xəstəxanaların dolu olduğunu qeyd edərək, işçi heyəti və çarpayı çatışmazlığından şikayətləniblər.
Məlumata görə, Madrid, Kataloniya və Valensiya bölgələri başda olmaqla bir çox xəstəxanada xəstələrin sıxlığa görə dəhlizlərə yerləşdirilən çarpayılarda müalicə edildiyini, təcili yardım şöbələrində gözləmə müddətinin 65 saata qədər artdığı qeyd olunub.
Yanvar ayının əvvəlindən tənəffüs yoluxucu xəstəliklər və qripə yoluxma hallarının 2-3 dəfə artdığına diqqət çəkən mütəxəssislər, yaxın həftələrdə qrip hallarının daha da artacağına dair xəbərdarlıq ediblər.
Digər tərəfdən, bəzi xəstəxanalar COVID-19 dövründə olduğu kimi maska taxmağı icbari edib.
Mikayıl