Hindistan kosmosda iki kosmik gəminin birləşməsinə nail olub və bunu edən dördüncü ölkə olub. AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb."Space Docking Experiment" (SpaDeX) çərçivəsində həyata keçirilən uğurlu doklanma bu gün baş tutub. Missiya zamanı "Hədəf" və "Chaser" adlı iki cihaz bir sıra manevrlərdən sonra bir-biri ilə müvəffəqiyyətlə bağlanıb və sonra ayrılıb.“Hindistanın planlaşdırılmış iddialı missiyaları var və onlara nail olmaq üçün bizə bu mühüm texnologiya lazımdır. Kosmik stansiyanın tikintisi kimi müxtəlif missiyalar kosmosda toplaşmağı tələb edir, bu, kosmosda birləşmə olmadan mümkün deyil”, - deyə hindistanlı astrofizik Cayant Murti bildirib.Sentyabrda "SpaceNews" xəbər verib ki, Hindistan hökuməti Yerə yaxın milli multimodullu orbital stansiya olan Bharatiya Antarikşa Stansiyasının (BAS) tikintisi üzrə işlərin başlanmasını təsdiqləyib.BAS-1 stansiyasının ilk modulunun 2028-ci ilin dekabrında Yerə yaxın orbitə çıxarılması planlaşdırılır. Bharatiya Antariksha-nın yerləşdirilməsinin başlanması Hindistanın insanlı Qaqanyaan proqramının tamamlanması ilə bağlıdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta