Xəbər verdiyimiz kimi, ötən gün aktrisa Çimnaz Sultanova vəfat edib.
Redaktor.az xəbər verir ki, aktrisanın dəfnində iştirak edən həmkarı Sonaxanım Əliyeva Çimnazın xəstəliyindən xəbərdar olmadığını bildirib:
"Çimnaz heç vaxt başağrısından belə şikayətlənməzdi. Çimnaz həmişə həyatdoli olub. Həyatda da özünü sevən Çimnaz olub. Mən dünən canlı yayımda idim. Canlı yayımdan çıxar-çıxmaz xəbər gəldi ki, Çimnaz rəhmətə gedib. İnana bilmirdim. Onun reklam sevgisini də bilirdim. O, sevirdi ki, onun haqqında danışılsın. Düşündüm ki, ad günü olduğu üçün reklam etmək istəyib. Nail Nailoğlu ilə əlaqə saxladım. Ona dedim ki, mən Çimnazın öldüyünə inanmıram. Hətta Çimnazın özünə səs atmışdım. Xəstəxanaya yatması ilə bağlı heç kim heç nə bilmirdi. Göndərdiyim mesaj 2 xətt oldu. Mesajım getdi, amma heç bir cavab gəlmədi. Əlaqə saxlamağa çalışdım. Heç kim zənglərimi götürmürdü. Onun oğlu da xəbəri elə sosial mediadan öyrənib. Hazırda Almaniyadadır. Dəfndə iştirak etməyəcək. Çünki çatdıra bilməz. Çimnaz xanım bir neçə ay öncə anasını da itirmişdi.
Aktira həmkarının qorxusundan da danışıb:
"O qədər problemləri olub, lakin heç kəs bundan xəbərdar olmayıb. Çimnazın bir qorxusu da var idi ki, o dəfn olunmaqdan qorxardı. Biz dəfələrlə söhbət etmişik. O həmişə mənə deyərdi ki, mən qorxuram dəfn olunmaqdan. Qaranlıqda necə qalacam? Birdən sıxılaram, birdən orada oyanaram.
Bizim Çimnazla danışığımız tez-tez olub. Həm video görüntülü, həm üz-üzə danışıqlarımız olub. Son zamanlar başı Novxanıdakı evin tikintisinə qarışmışdı. Həmişə sevinib deyirdim ki, sağlığına qismət olsun. Amma təəssüf ki, heç doyunca yaşamadı o evdə. Dünəndən bu günə sosial şəbəkələrdə xoşagəlməz rəylərlə rastlaşıram. Üzümə hər kəsə tutub deyirəm ki, ölüm haqdır. Hamının qapısını əvvəl-axır döyəcək. Çimnazı yaxından və dərindən tanıyan hər kəs bilir ki, onun necə ürəyi var idi. Tamam başqa bir ürəkli insan idi. Bilib-bilmədən kimsə onun haqqında danışmasın. Ən azından unutmasınlar ki, ölüm haqdır" (azxeber.com).
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta