Ukrayna tərəfi Norveçin “Kongsberg” şirkəti ilə əməkdaşlığı genişləndirir.
“Poliqon” xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rüstəm Umerov deyib.
O bildirib ki, Norveç mərkəzli şirkət Ukraynanı əhəmiyyətli dərəcədə dəstəkləyir: ““Kongsberg” ABŞ-ın “Raytheon” şirkəti ilə birlikdə şəhərlərimizi hava hücumlarından etibarlı şəkildə qoruyan NASAMS zenit-raket komplekslərinin (ZRK) tədarükündə iştirak edir”.
Yerli hava hücumundan müdafiə vasitələrinin NASAMS-a inteqrasiyası ilə bağlı imkanları müzakirə etdiklərini söyləyən R.Umerov, bunun ZRK-nin effektivliyini artıracağını vurğulayıb.
Onun sözlərinə görə, müzakirə edilən digər mühüm mövzu antidron sistemləri və onların istehsalının Ukraynada lokallaşdırılması olub.