AZ

Suriyanın yeni hakimiyyəti İran vətəndaşlarının ölkəyə girişini qadağan edib

Suriyanın yeni hakimiyyət orqanları İran İslam Respublikası vətəndaşlarının ölkəyə girişini qadağan edib. Oxuməni.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Türk Hava Yolları" aviasiya şirkətinin dərc etdiyi qaydalarda deyilir.

Agentlik qeyd edir ki, bununla bağlı Suriya rəhbərliyindən heç bir rəsmi açıqlama daxil olmayıb.

Daha əvvəl xəbər verdiyimiz kimi, Türk Hava Yollarının (THY) baş direktoru Bilal Ekşi aviaşirkətin yanvarın 23-dən etibarən Suriyanın paytaxtı Dəməşqə müntəzəm uçuşlara başlayacağını açıqlamışdı.

Onun sözlərinə görə, uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.

Ekşi sosial şəbəkədəki açıqlamasında məşhur şair və mütəfəkkir Sezai Karakoçdan sitat gətirib: “Mən Dəməşqi min ildir tanıyıram. “O, mənə anamın südü qədər yaxındır” deyə yazıb.

Almaz Həsənli

Seçilən
5
oxumeni.az

1Mənbələr