AZ

Birinci yarımil üzrə böyük summativ qiymətləndirmə keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr keçirilir.

İdarədən TƏHSİL.BİZ-ə bildirilib ki, böyük summativ qiymətləndirmələr müvafiq tələblərə cavab verən ümumi təhsil müəssisələrində rəqəmsal formada təşkil olunur. Böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagird nailiyyətlərini müəyyən etmək, onların bilik və bacarıqlarını yoxlamaqdır.

Böyük summativ qiymətləndirmələrin nəticələri 100 ballıq şkala ilə ölçülür. Hər bir fənn üzrə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində keçirilən böyük summativ qiymətləndirmə nəticəsində əldə edilmiş ballar şagirdlərin yarımillik qiymətləri hesab olunur.

Qeyd edək ki, rəqəmsal böyük summativ qiymətləndirmələr Microsoft TEAMS proqramı vasitəsilə aparılır.

Seçilən
4
1
tehsil.biz

3Mənbələr