Atəşkəsin elanından sonra Qəzzada 70-dən çox insan ölüb – KİV
Atəşkəs razılaşmasının elan olunmasından sonra İsrailin atəşə tutması nəticəsində Qəzza zolağında 70-dən çox fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzzanın Mülki Müdafiə İdarəsinə istinadla Fələstinin “Al-Aqsa” telekanalı məlumat yayıb.
“Sazişin elan edilməsindən sonra sionist işğalçı qüvvələr 61-i şəhərdə olmaqla 71 nəfəri öldürüb”, - deyə Qəzzanın mülki müdafiə sözçüsü Mahmud Basal bildirib.
Qeyd edək ki, bir gün əvvəl İsrail və HƏMAS hərəkatının Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə 42 günlük atəşkəs haqqında razılığa gəldiyi bildirilib.