ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası yayın sonuna qədər təxminən 500 milyon dollar donor maliyyəsi toplamağı planlaşdırır.
AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, ən səxavətli donorlardan bir neçəsi kriptovalyuta və texnologiya sektorlarından gəlir, fərdi şəxslərdən edilən ianələr isə 10-20 milyon dollara qədər yüksəlir.
Maliyyə dəstəyi, həmçinin səhiyyə, kənd təsərrüfatı, maliyyə və sığorta sektorlarının nümayəndələri tərəfindən təmin edilir.
Qeyd edək ki, Tramp 2024-cü ilin noyabrında keçirilən seçkidə qalib gəldikdən bəri donorlardan artıq 200 milyon dollardan çox vəsait toplayıb. Bu məbləğ yeni seçilmiş prezidentlər üçün rekord göstəricidir.