Bakı. Trend:
Bakı, Azərbaycan - Nobel Energy-nin törəmə şirkəti olan GlobalEnergy Solutions (Glensol) ilk korporativ istiqrazların buraxılışprosesinə rəsmi olaraq başlayıb və bu, Azərbaycanın kapitalbazarına daxil olması baxımından şirkət üçün mühüm addımdır. Bu,Glensol şirkətinin inkişaf planlarını və Azərbaycanın maliyyəsektorunun potensialını göstərir.
İstiqrazların ümumi məbləği 10 milyon AZN təşkil edir və rüblükqaydada faiz ödənilməklə, 12% cəlbedici kupon dərəcəsi təklifedilir. Buraxılış, hər biri 5 milyon AZN olaraq 2 tranşla həyatakeçiriləcək, birincisi yanvarın 21-dən başlayaraq 2 həftə davamedəcək. Bu təşəbbüs investorları cəlb etmək və Glensol şirkətininneft-mədən əməliyyatlarını və avadanlıqlar üzrə texniki xidmətfəaliyyətlərini dəstəkləmək məqsədi daşıyır.
Glensol güclü müştəri bazasına malikdir və bu BP və SOCAR kimiböyük milli və beynəlxalq enerji şirkətlərini də əhatə edir. Bu damüxtəlif strateji enerji layihələrindən sabit maliyyələşmənin əldəedilməsini və davamlı nəğd pul vəsaitlərinin hərəkətinin təminatınadəstək olur. Şirkət həm ənənəvi, həm də dayanıqlı enerjilayihələrini dəstəkləmək üçün öz imkanlarından və sınaqdan keçmişbacarıqlarından istifadə etməklə enerji keçidinə sadiq qalır.
Bu buraxılışdan əldə edilən vəsait enerji sektorunda innovasiyaməqsədinə xidmət edən inkişaf fəaliyyətləri də daxil olmaqla,dayanıqlı layihələr üçün istifadə ediləcək. İllik dövriyyəsi 6milyard AZN təşkil edən Azərbaycanın kapital bazarlarının davamlıolaraq genişləndiyi bir vaxtda Glensol istiqrazlarının buraxılışıməqsədəuyğundur və bununla şirkət NEQSOL Holdingin enerji seqmentiolan Nobel Energy Group daxilində öz mövqeyini dəmöhkəmləndirir.
İnvestorlar Glensol şirkətinin güclü təcrübəsinə, eləcə dəinsanlara və texnologiyaya ağıllı sərmayələr qoyulmaqla,uzunmüddətli strateji inkişaf və dayanıqlılıq öhdəliyinə əsasən, busabit və gəlirli investisiya imkanını araşdırmağa təşviq edilirlər.İnvestisiya bazarı aktivdir, bazarda yerləşdirilən qiymətlikağızların ümumi dəyəri 535 milyon manata çatır və bu, Glensolşirkətinin təkliflərinin cəlbediciliyini daha da artırır.
İstiqraz və ya investisiya imkanları haqqında ətraflı məlumatəldə etmək üçün PAŞA Kapital şirkətinə [email protected] elektron poçtünvanı və ya +994 99 830 02 32 telefon nömrəsi ilə müraciət etməkolar.
Glensol haqqında
2012-ci ildə Nobel Energy-nin mədən əməliyyatları vəavadanlıqlara texniki xidmət üzrə törəmə şirkəti kimi yaradılmışGlensol regionda və bütün dünyada yerli və beynəlxalq neft və qazşirkətləri üçün fırlanan avadanlıqların, o cümlədən turbomexanizmxidmətlərinin, eləcə də nəzarət, istismar və texniki servisxidmətlərinin etibarlı təchizatçısı olmuşdur.
Ətraflı məlumat: www.nobelenergy.com
PAŞA Kapital haqqında
PAŞA Kapital bazarda nail olduğu sağlam mövqeyi ilə tanınan və“Ən yaxşı İnvestisiya Şirkəti” və “Ən Yaxşı Broker Firması” kimibilinən Azərbaycanın aparıcı investisiya şirkətidir.