AZ

İqlim şokları qlobal iqtisadi artımın 20 il ərzində 50% azalmasına səbəb ola bilər

Əgər siyasi liderlər dərhal dekarbonlaşmaya və təbiətin bərpasına yönəlmiş tədbirlər görməsələr, 2070-2090-cı illər arasında qlobal iqtisadi artım 50% azala bilər.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın risklərin idarə edilməsi üzrə mütəxəssislərdən ibarət Aktuarlar İnstitutu və Fakültəsinin (IFoA) hesabatında qeyd edilib.

Sənəddə qeyd edilir ki, yanğınlar, daşqınlar, quraqlıqlar, temperaturun artması və təbiətin məhv olması kimi iqlim dəyişikliyi təsirləri qlobal iqtisadi rifaha yaratdığı riskin miqyasını əhəmiyyətli dərəcədə artırır.

Ekseter Universitetinin alimləri ilə birgə hazırlanan hesabatda, bizneslər və hökumətlər üçün maliyyə risklərini təhlil etmək üçün riyaziyyat və statistikadan istifadə edən IFoA, iqlim böhranının həlli üçün siyasi liderləri sürətləndirilmiş tədbirlər görməyə çağırıb.

IFoA hesabatında vurğulanır ki, təcili tədbirlər görülməsə, dekarbonizasiyanın sürətləndirilməsi, karbonun atmosferdən çıxarılması və təbiətin bərpası üçün hərəkət edilməzsə, 2090-dan əvvəlki iki onillikdə qlobal iqtisadiyyata vurulacaq mümkün ən pis zərbə 50% olacaq.

2050-ci ilə qədər 3C və ya daha yüksək istiləşmə baş verərsə, 4 milyarddan çox ölüm, dünya üzrə əhəmiyyətli sosial-siyasi parçalanma, dövlətlərin çöküşü (nəticədə sürətli, davamlı və əhəmiyyətli kapital itkisi) və nəsil kəsilməsi kimi hadisələr ola bilər.


Müəllif: Mirvari Əzizova
Seçilən
1
teleqraf.com

1Mənbələr