AZ

Mədəniyyət komitəsi bir sıra qanun layihələrinin plenar iclasda müzakirəyə çıxarılmasını təklif edib (FOTO)

Bakı. Trend

Yanvarın 16-da Milli Məclisin Mədəniyyət komitəsinin cari ilinyaz sessiyasında ilk iclası keçirilib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, komitə sədri Polad Bülbüloğlu yeni sessiyanınbaşlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və gələcəkfəaliyyətlərində onlara uğurlar diləyib. O, iclasın gündəliyinə 3məsələnin daxil edildiyini söyləyib.

Polad Bülbüloğlu əvvəlcə, Mədəniyyət komitəsində 2024-cü ilinpayız sessiyası dövründə görülən işlər barədə hesabatı təqdim edib.Bildirilib ki, komitənin ötən sessiya ərzində 8 iclası keçirilib,10 məsələyə baxılıb. Həmin iclaslarda “Turizm haqqında” Qanundadəyişiklik edilməsi, “Müəlliflik hüququ və əlaqəli hüquqlarhaqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdudşəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında”qanunlarda dəyişiklik edilməsi, “Azərbaycan Respublikasının 2025-ciil dövlət büdcəsi haqqında” qanun layihələri, habelə “Kitabxana işihaqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsibarədə qanun layihəsi (iki oxunuşda) müzakirə edilib.

Qeyd olunub ki, payız sessiyası ərzində komitənin ünvanına 83məktub daxil olub və qaldırılan məsələlərin həlli ilə bağlıaidiyyəti qurumlara 52 məktub göndərilib. Bununla yanaşı, sessiyasıdövründə Mədəniyyət komitəsi tərəfindən 47 vətəndaş qəbul edilib.Vətəndaşların müraciətləri ilə əlaqədar müvafiq tədbirlər görülübvə lazımi izahatlar verilib.

Sonra komitə sədri Mədəniyyət komitəsinin 2025-ci ilin yazsessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi barədə məlumatverib. Diqqətə çatdırılıb ki, iş planında qanunvericilik təşəbbüsüqaydasında təqdim edilən qanun layihələrinin, parlamentin digərkomitələrindən daxil olmuş layihələrin müzakirəsi, dinləmələrinkeçirilməsi, vətəndaşların qəbulu ilə bağlı və digər məsələlər özəksini tapıb.

Müzakirələr zamanı komitənin sədr müavini Günay Əfəndiyeva,üzvləri Nizami Səfərov, Aqil Abbasov, Novruzəli Aslanov, CavanşirFeyziyev, Sahib Alıyev, Ülviyyə Həmzəyeva, parlament AparatınınSosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər.Müzakirələrdə komitə üzvü Ülviyyə Ağayeva da iştirak edib.

Deputatlar payız sessiyasında komitənin səmərəli fəaliyyətgöstərdiyini söyləyiblər, sessiyası ərzində görülmüş işləriqənaətbəxş sayıblar.

Millət vəkilləri yaz sessiyası üçün nəzərdə tutulmuş iş planınınlayihəsi ilə bağlı öz fikirlərini bölüşüblər, bəzi qeyd vətəkliflərini səsləndiriblər. Çıxışlarda Azərbaycan torpaqlarınınErmənistan tərəfindən işğalı dövründə mədəni irsimizə qarşıtörədilən cinayətlərdən bəhs edilib. Azərbaycan Prezidentinin buməsələyə diqqətlə yanaşdığı və bunu “mədəni soyqırım” kimidəyərləndirdiyi vurğulanıb. Həmin məsələnin qanunvericilikdə əksolunmasının vacibliyindən söhbət açılıb. Həmçinin xeyriyyəçilikfəaliyyəti ilə bağlı, mədəniyyət sahəsinin inkişafına dair bir sıratəkliflər də verilib. Komitə üzvləri yaz sessiyası üçün nəzərdətutulmuş iş planının layihəsini məqbul hesab ediblər.

İclasda, həmçinin, “Kitabxana işi haqqında” və “Muzeylərhaqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklikedilməsi barədə qanun layihəsi üçüncü oxunuşda nəzərdən keçirilib.Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mədəniyyət
Mədəniyyət
Mədəniyyət
Məqalədə:
Seçilən
3
8
az.trend.az

10Mənbələr