AZ

Suriyalı qardaşlarımızla birlikdə terrorçuların başını əzəcəyik - Ərdoğan

Bakı, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM Qrup Toplantısında çıxışı zamanı Suriya məsələsi, terrorla mübarizə və regional güclərin müdaxiləsi ilə bağlı açıqlamalar verib.

TurkicWorld xəbər verir ki, Ərdoğan Suriyada davam edən vəziyyətlə bağlı konkret mövqeyini ifadə edərək, beynəlxalq gücləri bölgədən çəkilməyə çağırıb.

Ərdoğan, Suriyalıların 13 illik dövr ərzində Əsəd rejiminin bombaları və qətliamlarından əziyyət çəkdiyini vurğulayıb. O bildirib ki, rejimin islahat sözləri reallığa çevrilməyib və qətliamlar daha da artıb.

Prezident, İŞİD və YPG kimi terror qruplarına qarşı Türkiyənin möhkəm mövqeyini ifadə edərək, İŞİD-i bəhanə edən ölkələri tənqid edib və bu terror təşkilatlarını layihə məhsulu adlandırıb.

YPG-nin Suriyanın təbii sərvətlərini işğal etdiyini və silahlarını yerə qoymadığı halda ciddi nəticələrlə üzləşəcəyini qeyd edən Ərdoğan ,"Bu məsələni həll edəcək ən böyük güc Türkiyədir. Hamı bölgədən əlini çəksin, biz suriyalı qardaşlarımızla birlikdə İŞİD-in da, YPG-nin də başını əzərik, biz bu qüvvəyə sahibik." - deyə bildirib.

Ərdoğan, Suriyanın sabitliyini bərpa etməyin Türkiyə üçün qardaşlıq və qonşuluq borcu olduğunu bildirib. Qərb dövlətlərinin prizmalarına əsaslanmadan, suriyalıların öz ayaqları üzərində dayanması üçün onlara dəstək verməyin əhəmiyyətini vurğulayıb.

Seçilən
3
turkic.world

1Mənbələr