AZ

Təbriz və Binabda havanın çirklənməsinin əhali üçün təhlükəli olduğu elan edilib

Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz və vilayətin cənub-qərbində yerləşən Binab şəhərində havanın çirklənməsinin “qırmızı səviyyədə və cəmiyyətin bütün qrupları üçün təhlükəli” olduğu elan edilib. İranın rəsmi IRNA agentliyi bu barədə Şərqi Azərbaycan Ətraf Mühit İdarəsinə istinadən məlumat yayıb.Təbrizin havası keçən bir neçə həftənin əksər günlərində toplumun həssas qrupları üçün təhlükəli elan edilmişdi. Son həftələr İran Azərbaycanının Urmiyə, Ərdəbil və Zəncan kimi digər böyük şəhərlərində də havanın çirklənməsinin təhlükəli səviyyədə olduğu elan edilib.

İranda son illərdə enerji böhranının genişlənməsi ilə birlikdə mazut və digər zərərli yanacaqlardan istifadə nəticəsində artan hava çirklənməsi səbəbindən ölümcül xəstəliklər də artmaqdadır.

Yarı-rəsmi ISNA agentliyinin bir neçə gün əvvəl Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, İranda keçən hicri ilində 48 milyon əhalisi olan ölkənin 57 şəhərində havanın çirklənməsinin 30 mindən çox insanın ölümünə səbəb olub.Son aylarda İranın 20-dən çox vilayətində məktəblər, ofislər və banklar qaz çatışmazlığı, şiddətli soyuqlar və havanın çirklənməsi səbəbindən bir neçə dəfə bağlanıb.

visiontv.az



Seçilən
3
visiontv.az

1Mənbələr