Aktrisa Çimnaz Sultanova ötən gün 43 yaşında dünyasını dəyişib.
Kanal.az-ın məlumatına görə, sənətçi Əmircan qəbiristanlığında dəfn edilib.
Onunla vida və dəfn mərasiminə heç bir sənət dostu qatılmayıb.
Qeyd edək ki, Çimnaz xərçəngdən əziyyət çəkirmiş. Ailəsi onun Bakı Sağlamlıq Mərkəzində həkimlər tərəfindən yanlış əməliyyat olunduğunu, ondan sonra vəziyyətinin pisləşdiyini iddia edib.