AZ

Almaniyadan İsrailə uçuşlar bərpa olunacaq

Almaniyanın "Lufthansa" dövlət hava yolları şirkəti fevralın 1-dən etibarən İsrailin Tel-Əviv şəhərinə uçuşları tədricən bərpa edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Şirkətdən məlumat verilib.

 

Qeyd olunub ki, İsrailə uçuş xidmətinin bərpası qrup daxilindəki bütün daşıyıcılara ("Swiss", "Austrian Airlines", "Brussels Airlines", and "Eurowings") aiddir. Beləliklə, Almaniyanın Frankfurt, Münhen, Düsseldorf şəhərləri ilə yanaşı,  İsveçrənin Sürix şəhərindən və Belçikanın paytaxtı Brüsseldən də Tel-Əvivə təyyarə səfərləri yenidən başlayacaq.

 

Xatırladaq ki, İsrail-HƏMAS müharibəsi səbəbi ilə bir sıra ölkə və hava yolları şirkəti İsrailə, eləcə də regionun digər ölkələrinə səfərləri dayandırıb. Dünən gecə saatlarında tərəflər arasında atəşkəs razılığının həyata keçməsi nəticəsində digər ölkələrin də uçuşları bərpa edəcəyi gözlənilir.

Seçilən
4
1
senzor.az

2Mənbələr