Gürcüstanın xarici işlər naziri (XİN) Maka Boçorişvilinin Azərbaycana rəsmi səfəri başlayıb.
Musavat.com Azərbaycan XİN-ə istinadən xəbər verir ki, Gürcüstanın XİN başçısını Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov qarşılayıb.
Qeyd edək ki, M.Boçorişvili Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasında iştirak edəcək.
Musavat.com
![](https://cdn.musavat.com/news/images/GUGU/hh/oo/8a1948fc-cdc0-3e10-b292-f188940d.jpg)