AZ

Ermənistan- ABŞ sazişi. İsrail- HƏMAS atəşkəsi. Rusiya təklənir? – Rauf Mirqədirov saat 17:00-da Çətin sualda

Yanvarın 14-də Ermənistan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalandı.

ABŞ Dövlət katibi Entoni Blinken bu sənədlə bağlı danışarkən vurğulayıb ki, onlar Ermənistanla onun suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün səyləri gücləndirmək üzərində işləyirlər.

İsrail və HƏMAS 15 ay davam edən müharibəyə son qoymaq üçün atəşkəs müqaviləsi bağlayıblar. Müqavilə bazar günü, 19 yanvarda qüvvəyə minəcək.

ABŞ Prezidenti Co Bayden atəşkəslə bağlı bəyanat yayıb. Bayden atəşkəsi dəstəkləyib və ölkəsinin intensiv uğurlu diplomatiyasının nəticəsi sayıb. O bildirib ki, müqaviləyə əsasən, İsrail öz ordusunu Qəzzadan çıxarılmalı, HƏMAS saxladığı bütün əsirlərin azad etməlidir.

Baş verənlərin dünyaya və regiona təsiri barədə siyasi şərhçi Rauf Mirqədirov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.

 

Seçilən
4
34
turan.az

10Mənbələr