AZ

Hamilə xanımlar üçün hansı müayinələr vacibdir?

Hamiləlik dövründə mütəmadi USM müayinələri gələcək ana və körpənin sağlamlığını izləmək üçün olduqca vacibdir.

Həftəlik.az Moderator.az a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının radioloqu Jalə Parlanova bildirib.

Onun sözlərinə görə hamiləlik üç trimestrə bölünür və hər trimestrdə ana və körpənin sağlamlığını izləmək üçün xüsusi müayinələr aparılır:

“Birinci trimestrdə (14-cü həftəyədək) ananın müəyyən qan analizlərinin verməsi vacibdir. Bu analizlər nəticəsində qan qrupu, RH faktoru, hepatitlər və digər amillər yoxlanılır. İkinci trimestrdə inkişaf edən döldə mövcud vəziyyətin müəyyən edilməsi üçün müəyyən müayinələr aparılır. Bu zaman körpənin orqanları, struktur vəziyyəti və plasentanın yerləşməsi yoxlanılır. Son 3-cü trimestrdə isə, körpənin inkişafını izləmək üçün böyümə USM-ləri aparılır və doğum üçün xüsusi planlamalar aparılır”.

J. Parlanova qeyd edib ki, bundan başqa da digər müayinələr aparıla bilinər:

“Amma hamiləlikdə ən vacib olan, gələcək ana və körpənin sağlamlığı üçün sadalanan bu müayinələr şərtdir”.

Seçilən
2
heftelik.az

1Mənbələr