Ukrayna üzrə istənilən sülh danışıqları ümumavropa təhlükəsizliyinə aid olduğu üçün Paris orada iştirak etməlidir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.
“Fransa Avropa təhlükəsizliyi ilə bağlı istənilən danışıqların bir hissəsi olmalıdır. Hazırda Ukraynada baş verənlər bu ölkənin ərazi bütövlüyünə aid olsa da, Avropanın birbaşa təhlükəsizlik maraqlarına toxunulur”, - deyə XİN rəhbəri vurğulayıb.
Qeyd edək ki, bundan öncə “The Telegraph” qəzeti Fransa Prezidenti Emmanuel Makronun fransalı hərbçilərin sülhməramlı qüvvə kimi Ukraynaya göndərilməsi məsələsini müzakirə etdiyini yazıb.