AZ

Zaxarova: Üçtərəfli İşçi qrupda heç vaxt Ermənistanda hansısa eksterritorial dəhlizin yaradılmasından söhbət getməyib

Rusiya, Azərbaycan və Ermənistan Baş nazirləri müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi qrupu çərçivəsində əhəmiyyətli praktik nəticələrə nail olunub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Üçtərəfli İşçi qrupun işində heç vaxt Ermənistanda hansısa eksterritorial dəhlizin yaradılmasından söhbət getməyib, əksinə, razılaşdırılıb ki, tərəflər öz ərazilərindən keçən dəhlizlər üzərində suverenliyə malikdikdirlər: “Təəssüflər olsun ki, qərblilərin destruktiv fəaliyyətinə görə, Ermənistan tərəfinin qərarı ilə Üçtərəfli İşçi qrupun işi dayanıb. Biz bu barədə dəfələrlə demişik. Əminəm ki, Üçtərəfli İşçi qrupun işinin tezliklə tam bərpa olunması təkcə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyaların bərpasını deyil, həm də gələcəkdə regionun sosial iqtisadi inkişafını təmin edəcək. Öz tərəfimizdən bir daha təsdiq edirik ki, Azərbaycan və Ermənistandan olan tərəfdaşlarımıza vasitəçilik etməyə hazırıq”, - Rusiya XİN sözçüsü fikrini yekunlaşdırıb.

Seçilən
6
2
apa.az

3Mənbələr